Elman Abdullayev: Azərbaycan Afrika Ümumdünya İrs Fonduna dəstəyini davam etdirməyi planlaşdırır
Elman Abdullayev: Azərbaycan Afrika Ümumdünya İrs Fonduna dəstəyini davam etdirməyi planlaşdırırAzərbaycan Afrika Ümumdünya İrs Fonduna dəstəyini davam etdirməyi planlaşdırır.
Azərbaycan Afrika Ümumdünya İrs Fonduna dəstəyini davam etdirməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində təşkil edilən “Afrikada Ümumdünya İrs Strategiyasının həyata keçirilməsi” mövzusu ətrafında müzakirələr zamanı deyib.
"Afrikanın zəngin irsinin qorunmasının vacibliyini nəzərə alaraq Azərbaycan Afrika Ümumdünya İrs Fonduna maliyyə yardımı edib və biz Afrika Ümumdünya İrs Fonduna dəstəyimizi davam etdirməyi planlaşdırırıq", - diplomat qeyd edib.
E.Abdullayev vurğulayıb ki, Afrikanın sadiq dəstəkçisi kimi Azərbaycan hər zaman UNESCO-nun Prioritet Afrika ilə bağlı təşəbbüslərini dəstəkləyib:
"Azərbaycan Afrikada potensialın gücləndirilməsi fəaliyyətinə xüsusi diqqət yetirir".
"As a staunch supporter of #Africa, #Azerbaijan has always supported the initiatives of #UNESCO regarding Priority Africa” said Permanent Delegate of Azerbaijan, Ambassador @elmanabdullayev, during the discussions of the item ‘Implementation of the Strategy for World Heritage in… pic.twitter.com/uBHEy7BQ5L