Azər Qasımov: “Azərbaycan Prezidenti Qələbə günü münasibətilə Moskvada keçiriləcək tədbirlərdə iştirak edəcək”

Azər Qasımov: “Azərbaycan Prezidenti Qələbə günü münasibətilə Moskvada keçiriləcək tədbirlərdə iştirak edəcək” “Prezident İlham Əliyev bu tədbirlərdə iştirakla bağlı Prezident Vladimir Putindən dəvət alıb”
Xarici siyasət
21 Aprel , 2015 13:46
Azər Qasımov: “Azərbaycan Prezidenti Qələbə günü münasibətilə Moskvada keçiriləcək tədbirlərdə iştirak edəcək”

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar Moskvada keçiriləcək hərbi paradda və bayram tədbirlərində iştirak edəcək. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov AZƏRTAC-a məlumat verib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tədbirlərdə iştirakla bağlı hələ bir neçə ay bundan əvvəl Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən dəvət alıb və həmin vaxt Rusiya tərəfinə rəsmi olaraq bildirilib ki, Prezident İlham Əliyev cari il mayın 9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunan hərbi paradda və bayram tədbirlərində iştirak edəcək”, - Azər Qasımov əlavə edib.

Son xəbərlər

Orphus sistemi