Ayxan Hacızadə: Ədalət axtarışı müharibə cinayətlərində ittiham olunan hər kəs üçün cavabdehlik tələb edir
Xarici siyasət
- 04 mart, 2025
- 06:52
Sülh üçün səyləri təqdir etmək tam mənzərəni kölgədə qoymamalıdır. Ədalət axtarışı müharibə cinayətlərində, etnik təmizləmədə, hərbi təcavüzdə, işgəncələrdə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum edilən hər kəs üçün cavabdehlik tələb edir.
"Report" xəbər verir ki, bunları Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkə cavab olaraq bildirib.
“Həqiqəti bərqərar etmək, qurbanlara ədaləti çatdırmaq və qanunun aliliyini təmin etmək üçün beynəlxalq hüquqi standartlara riayət etməklə ədalətli məhkəmə araşdırması vacibdir. Yalnız həqiqəti söyləmək, yaraları sağaltmaqla sülh və barışıq cəzasızlığa qalib gələcək”, - A.Hacızadə qeyd edib.
Son xəbərlər
12:36
"Valensiya" azarkeşləri "Selta"ya məğlubiyyətdən sonra komandalarının avtobusunun pəncərəsini sındırıblar
Futbol12:31
İsveçrədə Kran-Montanadakı yanğında ölənlərlə bağlı milli matəm elan edilib
Digər ölkələr12:10
Sabah 10 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Ekologiya12:06
Kolumbiya Venesuela ilə bağlı BMT TŞ-nin iclasını çağırıb
Digər ölkələr11:55
Andrey Demçenko "Araz-Naxçıvan"ın baş məşqçisi təyin olunub
Futbol11:53
Rusiya ordusunun Xarkova zərbələri nəticəsində ölənlərin sayı dördə çatıb
Digər ölkələr11:42
İranda polis idarəsinə basqın edilib, ölən və yaralananlar var
Region11:27
Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib
Region11:22
Foto