Avropa Şurasının Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyəti başa çatıb

Avropa Şurasının Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyəti başa çatıb Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub
Xarici siyasət
7 Sentyabr , 2017 15:18
Avropa Şurasının Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyəti başa çatıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Dragana Filipoviç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov xanım Dragana Filipoviçə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi