Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyəti COVID-19 pandemiyasının yayıldığı dövrdə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.
“Report” xəbər verir ki, bu barədə nümayəndə heyətinin rəhbəri, Aİ səfiri Kestutis Yankauskas bildirib.
“
Xatırladaq ki, daha əvvəl koronavirus pandemiyasından zərər çəkmiş dünya ölkələrinə dəstək olmaq üçün Heydər Əliyev Mərkəzi binasının fasadında Avropa İttifaqının bayrağının videoproyeksiya olunub.
Qeyd edək ki, bu günə qədər həmrəylik rəmzi kimi həmçinin Çin, Fransa, Almaniya, İran, İtaliya, İspaniya, Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ və Gürcüstan bayraqları da nümayiş etdirilib.