Yuxarı

Avropa İttifaqı Leyla Yunusun azadlığa buraxılmasını alqışlayıb

Bu, çoxdan gözlənilən və müsbət humanitar jestdir

Bakı. 10 dekabr. REPORT.AZ/ Avropa İttifaqı Apellyasiya Məhkəməsinin "Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunusun azadlığa buraxılmasını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Avropa xarici siyasət xidmətinin bəyanatında məlumat verilir.

"Bu, çoxdan gözlənilən və müsbət humanitar jestdir. Biz Azərbaycanla münasibətlərimizi bundan sonra da dərinləşdirmək və genişləndirməyə hazırıq", - bəyanatda deyilir.

Xatırladaq ki, dünən Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Leyla Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi