ATƏT-in baş katibi vəzifəsinə namizədlərin adları açıqlanıb

ATƏT-in baş katibi vəzifəsinə namizədlərin adları açıqlanıb Qurumun hazırkı baş katibi Lamberto Zanyerin səlahiyyət müddəti 2017-ci ilin iyununda başa çatır
Xarici siyasət
14 Mart , 2017 12:24
ATƏT-in baş katibi vəzifəsinə namizədlərin adları açıqlanıb

Bakı. 14 mart. REPORT.AZ/ Martın 14-də ATƏT baş katibi postuna namizədlər öz proqramları ilə təşkilatın mənzil-qərargahında çıxış edəcəklər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu posta 5 namizəd var.

Məlumata görə, Belarusun ATƏT və Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Yelena Kupçina, Qazaxıstanın keçmiş xarici işlər naziri Yerlan İdrisov, ATƏT Parlament Assambleyasının keçmiş başçısı, Finlandiyanın sabiq xarici işlər naziri İlkke Kanerva, Avropa İttifaqının genişləndirmə üzrə keçmiş komissarı Ştefan Füle, İsveçrənin ATƏT-dəki keçmiş daimi nümayəndəsi Tomas Qreninqer namizədlər sırasındadır. 

Onlar bu posta namizədliklərini irəli sürmələrinin səbəbi barədə danışdıqdan sonra suallara cavab verəcək, bundan sonra seçki başlayacaq.

Qeyd edək ki, ATƏT-in hazırkı baş katibi Lamberto Zanyer 2011-ci ilin iyunundan bu postdadır. Onun səlahiyyət müddəti 2017-ci ilin iyununda başa çatır. 

Son xəbərlər

Orphus sistemi