Yuxarı

Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclası keçirilir

Qazaxıstan XİN başçısı: Xəzər beşliyi beynəlxalq müqavilələrin inkişaf tempini artırmaq niyyətindədir

Bakı. 13 iyul. REPORT.AZ/ Qazaxıstan paytaxtı Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclası keçirilir.

"Report" "Kazinform"a istinadən xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov bu formatda görüşün Qazaxıstanda ilk dəfə keçirildiyini və iclasın 5-ci "Xəzər beşliyi" sammitinə hazırlıq çərçivəsində mühüm mərhələ olduğunu vurğulayıb.

"Kifayət qədər möhkəm hüquqi bazanın olmasına baxmayaraq, "Xəzər beşliyi" müxtəlif sahələrdə beynəlxalq müqavilələrin inkişaf tempini artırmaq niyyətindədir. Buraya ilk növbədə səlahiyyətli orqanlar arasında ayrı-ayrı istiqamətlər üzrə Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişlərlə əlaqədar qurumlararası protokolların hazırlanması daxildir", - deyə Y.İdrisov bildirib.

"Bu gün tərəflərin qarşısında bir neçə saziş layihəsi var. İlkin razılaşmaya əsasən, iclasda gündəlikdə dayanan vacib məsələlərdən biri beştərəfli sənaye sənədləri üzrə işin gedişi olacaq", - deyə Qazaxıstan XİN başçısı əlavə edib.

Qeyd edək ki, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi