AŞPA-nın müşahidə missiyasının Azərbaycana səfərinin vaxtı açıqlanıb

AŞPA-nın müşahidə missiyasının Azərbaycana səfərinin vaxtı açıqlanıb Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycana səfərə gələcək.
Xarici siyasət
17 Yanvar , 2020 12:58
AŞPA-nın müşahidə missiyasının Azərbaycana səfərinin vaxtı açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycana səfərə gələcək.

Bunu “Report”a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O bildirib ki, AŞPA-nın seçkiqabağı müşahidə missiyası yanvarın 21-də Azərbaycana gələcək və səfər yanvarın 24-dək davam edəcək: “Səfər çərçivəsində AŞPA nümayəndələri MSK, parlament rəhbərliyi, Milli Məclisdə təmsil olunan müxalifət və iqtidar partiyalarının nümayəndələr, müxtəlif dövlət qurumları, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə bir sıra görüşlər keçirəcək. Səfərin əsas məqsədi seçkiqabağı ölkədə mühitin öyrənilməsi və gedən proseslərə AŞPA tərəfindən qiymət verilməsidir”.

Son xəbərlər

Orphus sistemi