Araz Əzimov Əfqanıstanda səfərdədir

Araz Əzimov Əfqanıstanda səfərdədir Bakıda keçiriləcək Asiyanın Ürəyi – İstanbul Prosesinin Nazirlər səviyyəsində iclasına hazırlıqla bağlı məsələlər müzakirə olunub
Xarici siyasət
31 May , 2017 14:22
Araz Əzimov Əfqanıstanda səfərdədir

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstanda səfərdədir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, A.Əzimov səfər çərçivəsində Əfqanıstan Prezidenti Əşrəf Qani ilə görüşüb. 

XİN başçısının müavini Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və dəvət məktubunu Əfqanıstan Prezidentinə çatdırıb. Əfqanıstan Prezidenti Əşrəf Qani ən xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Nazir müavini həmçinin, Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani və digər rəsmi şəxslərlə də görüşüb.

Görüşlərdə ikitərəfli siyasi dialoq və praktiki əməkdaşlıq məsələləri müzakirə olunub. Əfqanıstan rəsmiləri ölkədə sabitliyin yaradılması işinə Azərbaycanın verdiyi dəstəyin və Asiyanın Ürəyi – İstanbul Prosesinə həmsədrliyinin yüksək qiymətləndirildiyini bildiriblər.

Səfər əsnasında A.Əzimov Asiyanın Ürəyi – İstanbul Prosesinin səfirlər səviyyəsində görüşünə həmsədrlik edib. Sözügedən görüşdə bu ilin sonunda Bakıda keçiriləcək Asiyanın Ürəyi – İstanbul Prosesinin Nazirlər səviyyəsində iclasına hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi