Anar Bağırov Türk dünyası Vəkillər kollegiyalarını COP29-da fəal iştirak etməyə çağırıb

Anar Bağırov Türk dünyası Vəkillər kollegiyalarını COP29-da fəal iştirak etməyə çağırıb Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov Türk dünyası Vəkillər kollegiyalarını COP29-da iştirak etməyə çağırıb.
Xarici siyasət
23 May , 2024 15:52
Anar Bağırov Türk dünyası Vəkillər kollegiyalarını COP29-da fəal iştirak etməyə çağırıb

Azərbaycan Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov Türk dünyası Vəkillər kollegiyalarını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə o, mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə keçirilən Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşündə çıxışı zamanı deyib.

A.Bağırov Türkiyə Barolar Birliyinin prezidenti Erinç Sağkanı yenidən Azərbaycana dəvət edib.

“Bu tədbir çərçivəsində Türk dünyası Vəkillər kollegiyalarının daha da yaxından iştirak etməyə dəvət edirəm. Düşünürəm ki, bundan sonra da keçirilən tədbirlərə bir-birimizi dəvət edək, daha sıx münasibətlər olsun. Bütün vəkillərə müraciət edərək bizim bu təşəbbüsü dəstəkləməyə çağırıram”, - sədr deyib.

ARVK sədri vurğulayıb ki, 2023-cü ildə Türkiyənin Kahramanmaraş vilayətində baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan vəkillərinin hər biri birləşib Türkiyə Barolar Birliyinə var gücü ilə dəstək verməyə çalışıb.

“Əminəm ki, hazırda tarixə imza atırıq. Bu münasibətlə bütün həmkarlarımı ürəkdən təbirik edirəm. Türkiyə Barolar Birliyinin prezidenti dəyərli Erinç bəyə bir daha minnətdaram ki, bu görüşün gerçəkləşməsində önəmli səylər göstərdi. Arzu edirəm ki, bu toplantı növbəti illərdə də davam etsin, gələcəkdə belə bir təşkilat təsis olunsun. Bu təşkilatın ölkələrimizdə rəsmi ofisi, təmsilçiləri olsun. Vəkillər üçün təlimlərin, konfransların keçirilməsi, təcrübə mübadiləsinin aparılması və bir sıra məsələlərin müzakirə olunmasını istəyirəm. Hesab edirəm ki, Türk dünyasının vəkilləri də bunu arzulayır”, - Anar Bağırov deyib.

Son xəbərlər

Orphus sistemi