Almaniya səfiri təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Almaniya səfiri təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı veribAlmaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı kədərlənir, həlak olanlara və onların yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu dəhşətli qəzada yaralananların hamısına şəfa diləyirik", - diplomat qeyd edib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.
Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqədar dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.
We are deeply saddened by the crash of an Azerbaijan Airlines flight in Kazakhstan and express our heartfelt condolences to the victims and their loved ones. We wish full and speedy recovery to all those injured in this terrible accident. pic.twitter.com/E6FbnV5WF7