Səfir: Qazaxıstan və Azərbaycan yalnız sözdə deyil, əməldə də müttəfiqdirlər

Səfir: Qazaxıstan və Azərbaycan yalnız sözdə deyil, əməldə də müttəfiqdirlər Qazaxıstan və Azərbaycan yalnız sözdə deyil, əməldə də müttəfiqdirlər, bu da nikbinlik və gələcəyə inam bəxş edir.
Xarici siyasət
26 Dekabr , 2024 11:02
Səfir: Qazaxıstan və Azərbaycan yalnız sözdə deyil, əməldə də müttəfiqdirlər
Alim Bayel

Qazaxıstan və Azərbaycan yalnız sözdə deyil, əməldə də müttəfiqdirlər, bu da nikbinlik və gələcəyə inam bəxş edir.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

Onun sözlərinə görə, dost dar gündə tanınar, buna görə də Qazaxıstan və Azərbaycan həm sevinci, həm də kədəri birlikdə bölüşür:

"Prezidentlər Kasım-Jomart Tokayevin və İlham Əliyevin tapşırığına əsasən, hər iki ölkənin aidiyyəti qurumları qəzanın səbəblərinin araşdırılması və ilkin yardımın göstərilməsi üçün birgə lazımi tədbirlər görür".

Səfir bildirib ki, qardaş ölkələr yüksək həmrəylik və qarşılıqlı yardım nümunəsi nümayiş etdirirlər:

"Dövlət strukturları prosesləri təmkinlə koordinasiya edir, xilasedicilər, tibb və nəqliyyat işçiləri operativ şəkildə öz işlərini görüblər.

Qazaxıstan vətəndaşları hadisəyə biganə qalmayaraq qan veriblər və Azərbaycanın Aktauda və Astanada yerləşən xarici nümayəndəliklərinin qarşısında gül dəstələri qoyublar".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Son xəbərlər

Orphus sistemi