Yuxarı
    Bağlamaq

    Aktauda Azərbaycan və Qazaxıstan "Dostluq parkı" açılacaq

    Park iki ölkə arasında diplomatik əlaqələrin yaradılması ilə bağlı sazişin imzalanmasının 25 illiyi münasibətilə salınacaq

    Bakı. 2 mart. REPORT.AZ/ Aktauda Azərbaycan və Qazaxıstan "Dostluq parkı" açılacaq.

    "Report" "KazTAQ"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Aktaudakı baş konsulu Elxan Zeynalov məlumat verib.

    Diplomatın sözlərinə görə, park Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin yaradılması ilə bağlı sazişin imzalanmasının 25 illiyi münasibətilə salınacaq.

    Aktaunun 30-cu mikrorayonunda yerləşəcək "Dostluq parkı"nın rəsmən bu yay açılacağı planlaşdırılır. 

    Bundan başqa, Azərbaycan diasporu tərəfindən artıq məxsusi olaraq Azərbaycandan gətirilmiş 600 ədəd həmişəyaşıl sərv ağacı əkilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi