““Bir millət, iki dövlət” dediyimiz azərbaycanlı qardaşlarımıza bizi bu çətin vəziyyətdə tək qoymadıqları üçün Çorum şəhərindən sevgi və hörmətlərimizi göndəririk”.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Çorum şəhər təşkilatının sədri Yusuf Ahlatçı jurnalistlərə açıqlamasında deyib.
“Hörmətli ölkə rəhbərimizin də dediyi kimi - “Biz qardaşıq”. Azərbaycan çətin vəziyyətə düşdük deyəndə, oradakı qardaşlarımızın başı dara düşdüyündə burada hazırıq. Bu gün gördük ki, biz də burada çətin vəziyyətə düşəndə azərbaycanlı qardaşlarımız bizimlə bir yerdədir. Allah birliyimizi pozmasın. Azərbaycana təşəkkür edirik!”, - deyə Yusuf Ahlatçı bildirib.