Yuxarı

Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Latviya səfirinin vəfatı ilə bağlı başsağlığı verib

O mənim əziz dostum və həmkarım idi. Bu bizim üçün böyük itkidir

Bakı. 7 aprel. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Azərbaycandakı missiyasının rəhbəri Malena Mard Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanisin qəfil vəfatı ilə bağlı başsağlığı verib.

Bu barədə "Report"a Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

M.Mard onun ailəsinə və Latviya ictimaiyyətinə başsağlığı verib.

"O mənim əziz dostum və həmkarım idi. Bu bizim üçün böyük itkidir", - M.Mard bildirib.

Qeyd edək ki, Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanis aprelin 6-da Bakıda vəfat edib. 47 yaşlı diplomatın ölüm səbəbi kimi sağlamlığında olan problemlər göstərilib.

H.Baumanis 2010-cu il sentyabr ayından dünyasını dəyişənədək Latviyanın Azərbaycandakı səfiri olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi