Aİ: “Azərbaycanla yeni sazişin bu ilin sonunadək imzalanacağına ümid edirik”  

Aİ: “Azərbaycanla yeni sazişin bu ilin sonunadək imzalanacağına ümid edirik”   “Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin bu ilin sonunadək imzalancağına ümid edirik”.
Xarici siyasət
26 İyun , 2021 16:29
Aİ: “Azərbaycanla yeni sazişin bu ilin sonunadək imzalanacağına ümid edirik”  

“Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin bu ilin sonunadək imzalanacağına ümid edirik”.

“Report” xəbər verir ki, bunu Rumıniya xarici işlər naziri Boqdan Auresku bu gün Tbilisidə keçirilmiş mətbuat konfransında deyib.

“Azərbaycanda olarkən bu ölkənin Cənubi Qafqazın sabitliyi və firavanlığında əsas rola malik olduğuna inandığımızı bildirdik. Biz ümid edirik ki, hazırda Azərbaycanla Aİ arasında müzakirə olunan yeni saziş bu ilin sonunadək imzalancaq”, - XİN başçısı deyib.

Xatırladaq ki, Avropa İttifaqının üç ölkəsinin - Avstriya, Litva və Rumıniyanın XİN başçıları Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin tapşırığı əsasında Cənubi Qafqaza səfər ediblər.

Səfər çərçivəsində nazirlər Azərbaycanda, Ermənistanda, sonda isə Gürcüstanda olublar.

Son xəbərlər

Orphus sistemi