“Biz bu gün azərbaycanlılarla birgə kədərini paylaşır və həlak olanları yad edirik. Biz bu gün etirazın kənar qüvvələr tərəfindən amansızcasına yatırılmasının fəsadlarını xatırlayırıq”.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşımında bildirilib.
“Biz xarici qüvvələrinin ölkəyə yeridilməsi, iğtişaşları yatırtmaq adı ilə mülki əhaliyə qarşı silaha əl atması və əhalinin məruz qaldığı dəhşətli itkiləri xatırlayırıq.
Biz 1990-cı ildə Bakıda baş vermiş Qara Yanvarı, amansız repressiyaları xatırlayır, xəsarət alanlara və həlak olanlara görə kədərlənirik.
Biz inanclarını müdafiə etmək üçün həyatlarını fəda edən bütün insanları xatırlayırıq”, - paylaşımda vurğulanıb.