ABŞ-nin Qlobal Siyasət İnstitutunun professoru ilə onlayn vebinar keçirilib

ABŞ-nin Qlobal Siyasət İnstitutunun professoru ilə onlayn vebinar keçirilib Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar Amerika Birləşmiş Ştatlarının Qlobal Siyasət İnstitutunun professoru Paolo Fon Şirak ilə online vebinar müsahibədə iştirak edib.
Xarici siyasət
22 İyul , 2024 14:00
ABŞ-nin Qlobal Siyasət İnstitutunun professoru ilə onlayn vebinar keçirilib

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar Amerika Birləşmiş Ştatlarının (ABŞ) Qlobal Siyasət İnstitutunun professoru Paolo Fon Şirak ilə onlayn vebinar müsahibədə iştirak edib.

İcmadan “Report”a verilən məlumata görə, dünyanın bir çox ölkəsindən dinləyicilərin qatıldığı vebinar zamanı Paolo Fon Şirak Qərbi Azərbaycan barədə İcma rəsmisinə suallar ünvanlayıb.

Ülviyyə Zülfiqar bildirib ki, son 200 ildə azərbaycanlıların yaşadıqları soyqırımları, deportasiyalar soydaşlarımızın həyatına faciəvi şəkildə öz təsirini göstərib. Təkcə ötən əsrdə Qərbi azərbaycanlılar dörd dəfə ata-baba yurdlarından zorla çıxarılıblar.

Sözçü Qərbi Azərbaycanda məhv edilən mədəni irsə də toxunaraq minlərlə tarixi – mədəni abidəmizin yer üzündən silindiyini vurğulayıb.

Professor Paolo Fon Şirakın Qərbi azərbaycanlıların qayıdışı prosesi ilə bağlı ünvanladığı suala cavab olaraq İcma nümayəndəsi qurumun Qayıdış Konsepsiyasından sitat gətirərək bu prosesin sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə baş tutmalı olduğunu vurğulayıb.

Sözçü qeyd edib ki, qərbi azərbaycanlıların öz ata – baba yurdlarına qayıdış hüququ beynəlxalq hüququn bütün norma və prinsiplərinə əsasən təsbit edilib və konsepsiyada vurğulanıb.

Vebinar müzakirələrlə davam edib.

Son xəbərlər

Orphus sistemi