ABŞ-li ekspert: BMT-də keçmişdə baş verənləri yenidən qiymətləndirmək üçün mexanizm yoxdur

Xarici siyasət
  • 03 iyun, 2025
  • 10:30
ABŞ-li ekspert:  BMT-də keçmişdə baş verənləri yenidən qiymətləndirmək üçün mexanizm yoxdur

Bu gün BMT sistemində keçmişdə baş verənləri rəsmi şəkildə yenidən qiymətləndirmək üçün hər hansı bir mexanizm yoxdur.

“Report” xəbər verir ki, bu barədə ABŞ-də idarəçilik üzrə beynəlxalq məsləhətçi Kerlayl Korbin (Carlyle Corbin) Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda danışıb.

O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə əsasən, kolonializm beynəlxalq hüquq məsələsidir:

“1947-1960-cı illər ilk dekolonizasiya mərhələsi olub. 1960-cı ildən 1990-cı ilə qədər olan dövr isə dekolonizasiyanın ikinci mərhələsi hesab edilir. Bu gün də kolonialozmlə mübarizə aparırıq və nəzərə almaq lazımdır ki, biz təslim olmayacağıq. Bildirim ki, 1960-ci ildən sonra dekolonizasiyanın sürətlənmə dövrü başlayıb və bu dövrdə müstəmləkədən əziyyət çəkən ərazilərin əksəriyyəti Karib hövzəsində yerləşirdi.

Ancaq mənim regionumda və ümumilikdə bizim bölgədə 1960-cı illərdən etibarən, ilk müstəqillik dalğası yaşandı. Daha sonra isə nisbətən kiçik müstəqillik dövrü 1970-1980-ci illər aralığında baş verdi. Buna görə də regionda kiçik ada əraziləri ilə bağlı məsələ gündəmə gəldi. Ancaq göründüyü kimi, proses hələ də yekunlaşmayıb”.

Çıxışcı hesab edir ki, bu gün BMT sistemində keçmişdə baş verənləri rəsmi şəkildə yenidən qiymətləndirmək üçün hər hansı bir mexanizm yoxdur:

“Bu səbəbdən, kolonializm və dekolonializm tamamilə siyasi bir prosesə çevrilir. Bunlar həm ötən dövrdə, həm də bu gün geosiyasi baxımdan çox mürəkkəb və siyasi nöqteyi-nəzərdən həssas məsələlərdir. 2002-ci ildən bu günə qədər icra edilib-edilməməsindən asılı olmayaraq BMT-də müvafiq qətnamələr qəbul olunub və olunmaqdadır.

Bu isə dekolonizasiya prosesinin əsas problemlərindən birini - tətbiq mexanizminin zəifliyini ortaya çıxarır. Biz hələ də kolonial “feminizasiya” dövründəyik, yəni aktiv öz müqəddəratını təyinetmə dövründə deyilik. Kolonizasiya qlobal bir problem, dekolonizasiya isə qlobal məsələdir. Bu, BMT-nin strategiyasının əsas dayaqlarından biridir və mütləq həll edilməlidir”.

44 filmi