USAID rəhbərinin müavini Azərbaycana gəlib - YENİLƏNİB

USAID rəhbərinin müavini Azərbaycana gəlib - YENİLƏNİB ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) rəhbərinin Avropa və Avrasiya Bürosu üzrə müavini səfir Erin MakKi bu gün Azərbaycana səfərə gəlir.
Xarici siyasət
4 Noyabr , 2022 21:15
USAID rəhbərinin müavini Azərbaycana gəlib - YENİLƏNİB
Erin MakKi

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) rəhbərinin Avropa və Avrasiya Bürosu üzrə müavini səfir Erin MakKi bu gün Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Erin MakKi Azərbaycanın müstəqilliyinə dəstək ifadə etmək və münaqişə nəticəsində həyatını itirənlərin xatirəsini ehtiramla yad etmək məqsədilə Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edib.

Bundan əvvəl isə o, Bakı Limanının baş direktoru Taleh Ziyadov ilə görüşərək USAID-in Azərbaycanı etibarlı tranzit marşrutu kimi necə dəstəkləyə biləcəyini və Avropa, Qərb, Asiya və Orta Şərqlə daha yaxşı əlaqələr vasitəsilə ticarət əlaqələrini şaxələndirə biləcəyini müzakirə edib.

12:07

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) rəhbərinin Avropa və Avrasiya Bürosu üzrə müavini səfir Erin MakKi bu gün Azərbaycana səfərə gəlir.

"Report" xəbər verir ki. bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəlikdən qeyd olunub ki, E.MakKi Bakıda keçirəcəyi görüşlərdə ABŞ və Azərbaycan arasında 30 illik güclü tərəfdaşlığı bir daha vurğulayacaq.

Diplomatın səfər gündəliyinə ABŞ-Azərbaycan münasibətləri və USAID-in Azərbaycan hökuməti ilə tərəfdaşlığını müzakirə etmək üçün kənd təsərrüfatı nazirinin müavini ilə görüş, Bakı Limanının Baş direktoru ilə nəqliyyat marşrutları və əlaqədar məsələlərlə bağlı müzakirələr daxildir. O, iqtisadiyyatda qadınlar üçün imkanların genişləndirilməsi ilə bağlı qadın liderlər və sahibkarlarla görüşəcək.

E.MakKi münaqişə nəticəsində həlak olanların xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını da ziyarət edəcək.

Səfir E.MakKi görüşlərində ABŞ-ın Azərbaycanın müstəqilliyinə və Cənubi Qafqazda davamlı sülhə dəstəyini vurğulayacaq, həmçinin Azərbaycan biznesləri və xarici ticarət tərəfdaşları arasında özəl sektorun əlaqəsini artırmaq, qadınların iqtisadi tərəqqisində irəliləyişləri təşviq etmək üçün USAID-in davamlı öhdəliklərini və regional ticarətdə və ərzaq qeyri-təhlükəsizliyin təsirinin azaldılmasında Azərbaycanın rolunun əhəmiyyətini vurğulayacaq.

Onu USAID təşkilatı rəhbərinin Avropa və Avrasiya Bürosu üzrə müavininin köməkçisi Dr. Aleksandr Sokolovski müşayiət edəcək.

Son xəbərlər

Orphus sistemi