Abdullah Gül Azərbaycan Prezidentinə məktub göndərib

Abdullah Gül Azərbaycan Prezidentinə məktub göndərib "Əlaqələrimizdə əldə olunan bu müsbət dinamikanın davam etdiriləcəyinə əminəm"
Xarici siyasət
24 Dekabr , 2014 13:50
Abdullah Gül Azərbaycan Prezidentinə məktub göndərib

Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. “Report”un xəbərinə görə, A.Gülün təbrik məktubunda deyilir:

“Cənab Prezident, əziz qardaşım,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Dost və qardaş Azərbaycan Zati-alinizin müdrik liderliyi sayəsində böyük inkişafa nail olmuş və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmişdir.

Gücünü xalqlarımız arasındakı qədim qardaşlıq münasibətlərindən alan Türkiyə-Azərbaycan müttəfiqliyi də müştərək səylərimizlə daha da inkişaf etmiş və regionumuzda bənzərsiz sabitləşdirici amilə çevrilmişdir.

Əlaqələrimizdə əldə olunan bu müsbət dinamikanın davam etdiriləcəyinə əminəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşıma möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və davamlı rifah arzu edirəm”.

Son xəbərlər

Orphus sistemi