Bu gün Bakı Təşəbbüs Qrupu sayca dördüncü memorandumunu imzalayacaq.
“Report”un məlumatına görə, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən "Sen-Martendə Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale" adlı konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sənəd Sen-Martendən olan Vahid Sen-Marten Assosiasiyası ilə imzalanacaq:
“Memoranduma Sen-Martenlə siyasi, iqtisadi və təhsil istiqamətində əməkdaşlıq məsələləri daxil ediləcək”.
A.Abbasov Sen-Marten adasının 1648-ci ildə Fransa və Niderland arasında bölüşdürülməsi məsələsinə toxunub:
“Məhz həmin ildən etibarən çirkin müstəmləkəçilik siyasətlərini adaya tətbiq ediblər. Sen-Martendən olan elm xadimləri, deputatlar, QHT rəhbələri, eləcə də ayrı-ayrı institut rəhbərləri bu gün burada vahid Sen-Marten, xalq və ərazi uğrunda beynəlxalq hüquq çərçivəsində dünya ictimaiyyətinə məlumat verirlər”.