Yaponiya səfiri: "Azərbaycanda turizmin inkişafını dəstəkləməyə hazırıq"

Yaponiya səfiri: "Azərbaycanda turizmin inkişafını dəstəkləməyə hazırıq" "Yaponiyanın turizm sahəsindəki təcrübəsi Azərbaycanda da bu sahənin inkişafına təkan verə bilər".
Turizm
20 Oktyabr , 2021 15:40
Yaponiya səfiri: Azərbaycanda turizmin inkişafını dəstəkləməyə hazırıq

"Yaponiyanın turizm sahəsindəki təcrübəsi Azərbaycanda da bu sahənin inkişafına təkan verə bilər".

Bunu “Report”a açıqlamasında bu ölkənin Azərbaycandakı səfiri Cuniçi Vada bildirib.

“Turizmi iqtisadiyyatın yüksək inkişaf potensiallı sahəsi hesab edirəm. Yaponiya hökuməti də son on illər ərzində turizm sektorunun inkişafına dəstək verib. Bunun nəticəsində 2020-ci ildə ölkəyə gələn əcnəbi turistlərin sayı 1996-cı ilə nisbətən 9 dəfəyə qədər çox olub”, – deyə səfir qeyd edib.

Diplomatın fikrincə, iki ölkə arasında mövcud iqtisadi əlaqələr gözləntiləri doğrultmur, koronavirus pandemiyası da iqtisadi fəaliyyətlərə təsir göstərib: "Vəziyyəti yaxşılaşdırmaq üçün Yaponiya şirkətlərinə Azərbaycanla bağlı məlumatlar təqdim edirəm".

Son xəbərlər

Orphus sistemi