"Worldchefs": "Azərbaycanın qastronomiya turizmi üzrə potensialı böyükdür"

"Worldchefs": "Azərbaycanın qastronomiya turizmi üzrə potensialı böyükdür" Azərbaycanın qastronomiya turizminin inkişafı sahəsində potensialı böyükdür.
Turizm
17 Yanvar , 2023 11:47
Worldchefs: Azərbaycanın qastronomiya turizmi üzrə potensialı böyükdür

Azərbaycanın qastronomiya turizminin inkişafı sahəsində potensialı böyükdür.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan kulinariyasının təbliğat perspektivləri" adlı tədbirdə Dünya Kulinariya Təşkilatları Assosiasiyasının ("Worldchefs") prezidenti Tomas Quqler bildirib.

"Azərbaycanla bağlı əsas məqsədimiz ölkənizin kulinariya sahəsində parlamasına nail olmaqdır. Hesab edirəm ki, Azərbaycanın təqdim etdiyi mətbəx ənənələri müstəsnadır. Çünki ölkənin mükəmməl iqlimi ilin 4 fəslində bütün məhsulların becərilməsinə şərait yaradır. Həmçinin mövcud olan 4 ünsürün, yəni torpaq, su, od və havanın da bu prosesə təsiri böyükdür. Ötən il Şuşada keçirilmiş kulinariya festivalı Azərbaycanın bu sahədəki potensialının təqdim edilməsi istiqamətində ilk addım idi. Bu tədbirlərin keçirilməsində əsas məqsəd ölkənizin milli kulinariya ənənələrini təkcə ölkə hüdudlarında deyil, onun sərhədlərindən kənarda da təqdim etməkdir. Gəlin bu məqsədə nail olmaq üçün birgə fəaliyyət quraq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi