Bakı. 1 noyabr. REPORT.AZ/ Türkiyə Ticarətçı və Sənətkarlar Konfederasiyasının (TESK) sədri Bendevi Palandökən yerli hotellər üçün "hər şey daxil" (all inclusive) sisteminin ləğv olunması təklifi ilə çıxış edib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin "Sözçü" qəzeti məlumat yayıb.
B.Palandökən bildirib ki, "hər şey daxil" sisteminin ləğvindən sonra turistlər ölkədə görməli yerləri və mağazaları daha çox ziyarət edəcəklər.
Qəzetdə "hər şey daxil" sistemindən ən çox Rusiya və Almaniya turistlərinin istifadə etdiyi qeyd olunur. Bu sistemin tətbiqi nəticəsində turistlərin hotel ərazisini tərk etmədiyi, səhər, günorta və axşam yeməklərini buraxmaq istəmədikləri bildirilir. Nəticədə, bir çox turist aeroportdan hotelə və əksinə hərəkət edərək ölkəni tərk edirlər.
Xatırladaq ki, Türkiyə 2023-cü ilə qədər dünyanın ən yaxşı 5 turizm istiqamətindən biri olmağı və ildə 50 mln. turist qəbul etməyi hədəfləyib.