Şamaxıda II Üzüm və Şərab Festivalı keçiriləcək

Şamaxıda II Üzüm və Şərab Festivalı keçiriləcək Noyabrın 25-26-da Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində II Üzüm və Şərab Festivalı keçiriləcək.
Turizm
21 Noyabr , 2023 12:40
Şamaxıda II Üzüm və Şərab Festivalı keçiriləcək

Noyabrın 25-26-da Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində II Üzüm və Şərab Festivalı keçiriləcək.

"Report" Agentliyə istinadən xəbər verir ki, tədbirin məqsədi yerli üzüm və şərab istehsalının təşviq edilməsi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzüm və şərab istehsalının tarixinin, bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.

Festivalda çərçivəsində şərabçılıqla bağlı müxtəlif tədbirlər - şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları, musiqili proqramlar, əyləncələr təşkil olunacaq, qonaqlara “Azərbaycanda şərabçılıq və şərab istehsalı tarixi” haqqında məlumat xarakterli təqdimatlar nümayiş etdiriləcək.

Sərgi, əyləncə, piknik, suvenir, kulinariya kimi zonaları olan festival ərazisində ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya edə, həmçinin bəyəndikləri məhsulları ala biləcəklər.

Iticket.az saytı vasitəsilə qeydiyyatdan keçən şəxslərin 25 və 26 noyabr tarixlərində saat 11:00-da Heydər Əliyev Mərkəzinin qarşısından Meysəri kəndinə aparılıb-gətirilməsi təşkil olunacaq. Festival qeyd olunan tarixlərdə 13:00-19:00 zaman aralığını əhatə edəcək.

Dövlət Turizm Agentliyi Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğunu nəzərə alaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatını aparır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.

Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.

Son xəbərlər

Orphus sistemi