Ölkədə keçirilən festivallar turizmin inkişafına təsir edirmi? - AÇIQLAMA

Ölkədə keçirilən festivallar turizmin inkişafına təsir edirmi? - AÇIQLAMA Son illər bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda həm də lokal səviyyəli, daha çox daxili bazara hesablanmış festivallar, sərgilər və maraqlı tədbirlər keçirilir.
Turizm
4 Sentyabr , 2019 13:16
Ölkədə keçirilən festivallar turizmin inkişafına təsir edirmi? - AÇIQLAMA

Son illər bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda həm də lokal səviyyəli, daha çox daxili bazara hesablanmış festivallar, sərgilər və maraqlı tədbirlər keçirilir.

Nar, xurma, alma, üzüm, xalça festivalları ilə yanaşı “Caz festivalı”, “Qəbələ musiqi festivalı”, “Muğam Dünyası” Beynəlxalq musiqi festivalı, “Bakı-Avropa şəhərciyi” festivalı kimi tədbirlərin ilbəil ölkədə keçirilməsi gözəl ənənəyə çevrilib.

Avqustun sonuncu həftəsində Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda artıq neçə ildir reallaşan klassik avtomobillərin yürüşü və sərgisi də keçirilib. Tədbirdə 1980-ci ilədək istehsal olunmuş klassik avtomobillər iştirak edib. Yürüşlə paralel olaraq “retro vintage” üslubunda geyim müsabiqəsi də təşkil olunub.

Yarışmada ikinci yerə layiq görünən aktrisa və incəsənət xadimi Zəhra Bədəlbəyli məsələ ilə bağlı "Report"a açıqlamasında bildirib ki, libasını müsabiqədə iştirak üçün seçməyib:

“Məncə, bu bir bayramdır. Dərin mənası var ya yox deyə bilmərəm. Şəxsən mənə bu avtomobilləri görmək, onlar haqqında məlumat almaq çox maraqlıdır. Bu, bir növ tariximizə nəzər salmaqdır, çünki maşınların çoxunun öz qeyri-adi tarixçəsi var.

Geyim yarışması mənim üçün başqa bir fürsət idi. Çox sevdiyim retro üslubunda geyinmişdim. Adi tədbirlərə belə geyimdə getmək mümkün olmur, amma burada tam uyğun görünürdü. Amma bu geyimimi də müsabiqədə iştirak üçün istifadə etməmişdim. Ötən illərdə müsabiqə olmurdu, amma mən yenə də bu üslubda geyinməyə çalışırdım.

Bu il isə XX əsrin 40-cı illərinə uyğun geyinməyə cəhd etdim. Daha doğrusu, çox sevdiyim "Perl Harbor" filmi məni ilhamlandırdı. Müsabiqədə ikinci yer tutmağım isə məni həm sevindirdi, həm də hədiyyə aldım. Ona görə də həm təşkilatçılara, həm də münsiflər heyətinə çox minnətdaram. Çox istərdim bu retro-yürüş illərlə ənənəvi olaraq baş tutsun”.

Bəs belə tədbirlər ölkəyə nə verir? Turizmin inkişafına nə qədər kömək edir?

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadənin fikrincə, keçirilən festivalların hər birinin turist cəlbetmə potensialı var:

“Dövlət Turizm Agentliyi olaraq bizə müraciət olunduğu zaman bir çox festivallara dəstək oluruq. İndi əsas məsələ həmin festivalların turizm məhsuluna çevrilməsidir. Bu festivallar ənənəvi xarakter daşısalar, hər il eyni zamanda keçirilsələr, onlar turizm təqviminə otura bilərlər. Yerli və xarici turistlər müəyyən edə bilərlər ki, hansı ayda, hansı bölgədə, hansı festival var. Bunların hamısının turist cəlbetmə potensialı var.

"Yerli və xarici turistlər müəyyən edə bilərlər ki, hansı ayda, hansı bölgədə, hansı festival var. Bunların hamısının turist cəlbetmə potensialı var".

Kənan Quluzadə

Руководитель пресс-службы Государственного агентства по туризму Кенан Гулузаде:

Hər bir festivalın öz təşkilatçısı var. Dövlət Turizm Agentliyi bir ildir yaradılıb. Biz əməkdaşlıq etdiyimiz, dəstək olduğumuz festivallara turizm cəlb etməklə bağlıüsulları göstəririk. Festivalı turizm məhsuluna çevirməklə bağlı məlumat veririk. Festival əslində keçirilən regionun həm tanıdılmasıdır, həm təbliğatıdır, həm də ki regiona gəlir gətirə biləcək bir hadisədir. Biz çalışırıq ki, təşkilatçılara bu festivalların məhz turizm məhsuluna çevrilməsinin yollarını göstərək”.

Kənan Quluzadə bildirib ki, növbəti il festivalların turizmin inkişafına hansı dərəcədə töhfə verdiyi daha aydın olacaq:

“Biz bu il bir neçə festivala dəstək olmuşuq. Gələn il bu festivalların bəhrəsini görəcəyik. Onlar, bizim xaricdə və daxildə apardığımız turizm təbliğatının bir hissəsinə çevriləcək. Artımla bağlı gələn il detalları daha ətraflı göstərə biləcəyik. İndinin özündə də festivallara maraq böyükdür. Amma bu marağın ilkin mərhələsidir”. 

Son xəbərlər

Orphus sistemi