Nazirlik rəsmisi: "30 illik işğal bölgənin ekologiyasına ciddi ziyan vurub"

Nazirlik rəsmisi: "30 illik işğal bölgənin ekologiyasına ciddi ziyan vurub" "Azərbaycan ərazilərinin 30 illik işğalı, bu müddətdə meşələrin qırılması, suların çirkləndirilməsi bölgənin ekologiyasına ciddi ziyan vurub.
Turizm
8 Oktyabr , 2022 10:35
Nazirlik rəsmisi: 30 illik işğal bölgənin ekologiyasına ciddi ziyan vurub

"Azərbaycan ərazilərinin 30 illik işğalı, bu müddətdə meşələrin qırılması, suların çirkləndirilməsi bölgənin ekologiyasına ciddi ziyan vurub".

"Report" xəbər verir ki, bunu Naftalanda keçirilən "Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar" beynəlxalq elmi-pratik konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəisi Rauf Hacıyev deyib.

"Vətən Müharibəsindən dərhal sonra başlanmış bərpa və quruculuq işləri bölgənin ekoloji durumuna da müsbət təsir edəcək", - deyə o, qeyd edib.

Naftalanın turizm potensialı barədə də danışan nazirlik rəsmisi deyib ki, burada regionda ilk dəfə bərpa olunan enerji mənbələrindən istifadə olunub: "Naftalanın mərkəzi parkında günəş enerjisi ilə işləyən lampalar və batareyalar quraşdırılıb. Bu işlər bölgədə daha da genişləndiriləcək. Naftalanda dünyada yeganə sağlamlıqla bağlı muzey yaradılıb. Burda müxtəlif dövrlərdə xəstələrin istifadə etdiyi qoltuq ağacları və müxtəlif əşyalar nümayiş etdirilir".

Son xəbərlər

Orphus sistemi