Azərbaycan Standartlaşdırma İnstitutu və Dövlət Turizm Agentliyi arasında keyfiyyət üzrə təkmilləşmə prosesi sürətlə gedir.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
"Hazırda müzakirə edilən 20 standart və İSO-nun 57 standartı arasından ölkəmiz üçün aktual standartlar qısa müddətdə qəbul ediləcək. Bu da turizm sahəsinin, xüsusən də otelçilik sahəsinin inkişafına böyük töhfə verəcək", - deyə o qeyd edib.
"Dövlətin bu sahədə əsas məqsədi, vəzifəsi azad rəqabət mühitinin formalaşdırılmasıdır. Bu mühitdə bizim əsas dəyər yarada biləcək subyektlərimiz sahibkarlardır. İşimiz onlar üçün uyğun münbit, iqtisadi investisiya fəaliyyəti üçün şərait yaratmaqdır", - deyə rəis əlavə edib.