Yuxarı
    Bağlamaq

    Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Şahdağ” Turizm Mərkəzinə press-tur təşkil olunub

    Bakı. 27 dekabr. REPORT.AZ/  Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə press-tur təşkil olunub. 

    "Report" xəbər verir ki, ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan press-turun əsas məqsədi “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında ictimaiyyəti məlumatlandırmaq olub.

    Press-tur çərçivəsində media nümayəndələri “Şahdağ” Turizm Mərkəzindəki otellər və digər turizm obyektləri ilə tanış olub, yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumat alıblar.

    Səfər zamanı mətbuat nümayəndələri üçün təqdimat keçirilib, “Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Rodderix Mark Lefflerlə müsahibə təşkil edilib.

    Media işçiləri üçün xizək məktəbinin təlimçiləri tərəfindən xizək dərsləri təşkil olunub. Onlar xüsusi xizək geyimi və ləvazimatları ilə təmin olunublar. Təlim zamanı xizəkdən istifadə qaydaları, xizək sürmənin asan və təhlükəsiz yolları öyrədilib, xizək eniş və yamacları barəsində məlumat verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi