Lahıcda kənd turizmi inkişaf etdirilir

Lahıcda kənd turizmi inkişaf etdirilir İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerli bələdiyyənin göstərəcəyi turizmi xidmətinin təqdimatı olub.
Turizm
20 Sentyabr , 2021 14:37
Lahıcda kənd turizmi inkişaf etdirilir

İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerli bələdiyyənin göstərəcəyi turizmi xidmətinin təqdimatı olub.

"Report" xəbər verir ki, bununla bağlı qəsəbədə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, qəsəbə sakinləri, rayon ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbir çərçivəsində turistlər üçün tikilmiş 3 kotecin açılışı olub.

Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə çıxış edən rayon rəhbəri İsmayıllı rayonunun turizm potensialının geniş olduğunu bildirib, həmçinin o, qeyd edib ki, Lahıc qəsəbəsi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olmaqla yanaşı, həm də sənətkarlığı və adət-ənənələri ilə də məşhurdur. Son illər qəsəbəyə gələn turistlərin sayında artım müşahidə olunur. Turizmin daha da inkişaf etdirilməsi üçün həmçinin onların maraqlarının təmin olunması istiqamətində daha geniş işlər aparıldığını vurğulayıb. Tədbirdə o ,da vurğulanıb ki, İsmayıllı rayonunda və eləcə də, turizm potensialı yüksək olan kəndlərdə, qəsəbələrdə kənd turizmi inkişaf etdiriləcək.

Qəsəbə sakinləri ilk növbədə Prezident İlham Əliyevə və layihənin Lahıcda həyata keçirilməsində rolu olan hər bir kəsə dərin minnətdarlıqlarını bildiriblər.

Layihənin davamı olaraq tikilən koteclərin ətrafında turistlərin vaxtlarının səmərəli və maraqlı keçməsi üçün əlavə işlər görüləcək.

Son xəbərlər

Orphus sistemi