Kənan Quluzadə: "İsrail Azərbaycanın turizmi üçün prioritet bazardır"

Kənan Quluzadə: "İsrail Azərbaycanın turizmi üçün prioritet bazardır" "Koronavirus pandemiyasından əvvəl Azərbaycan 6 prioritet bazarda turizm nümayəndəlikləri açmışdı. Onlar hazırda da fəaliyyət göstərirlər. Bu nümayəndəliklər Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya və Almaniyadadır".
Turizm
233
30 İyul , 2021 16:46
Kənan Quluzadə: İsrail Azərbaycanın turizmi üçün prioritet bazardır
Kənan Quluzadə

"Koronavirus pandemiyasından əvvəl Azərbaycan 6 prioritet bazarda turizm nümayəndəlikləri açmışdı. Onlar hazırda da fəaliyyət göstərirlər. Bu nümayəndəliklər Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya və Almaniyadadır".

Bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə ötən gün İsraildə açılmış turizm nümayəndəliyinin fəaliyyəti və iş prinsiplərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu nümayəndəliyin açılmasında iki ölkə arasında münasibətlərin rolu var: "Əlbəttə ki, dediyim coğrafiya daha da genişlənməli idi və növbəti addımımız İsraildə açılan 7-ci nümayəndəlik oldu. İsrail Azərbaycanın turizmi üçün prioritet bazardır. Bundan əlavə dövlətlərarası münasibətlər yüksək səviyyədədir.

Xarici ölkələrdə olan bizim nümayəndəliklər əsasən ölkəmizə turistlərin cəlb edilməsi ilə məşğul olurlar, marketinq, tanıtım kampaniyaları aparırlar, müxtəlif tədbirlər keçirir ki, Azərbaycanın turizm imkanlarını yerləşdikləri regionda turistlərə çatdırsınlar. Onlar həmçinin biznes əlaqələrinin qurulmasında və möhkəmləndirilməsində iştirak edirlər".

Son xəbərlər

Orphus sistemi