İsmayıllı rayonunun Sulut kəndində turizm mərkəzi açılıb

İsmayıllı rayonunun Sulut kəndində turizm mərkəzi açılıb İsmayıllı rayonunun Sulut kəndində turizm mərkəzinin açılış mərasimi olub.
Turizm
4 Noyabr , 2023 15:21
İsmayıllı rayonunun Sulut kəndində turizm mərkəzi açılıb

İsmayıllı rayonunun Sulut kəndində turizm mərkəzinin açılış mərasimi olub.

"Report" xəbər verir ki, mərkəzin açılışında əsas məqsəd kənd turizmini inkişaf etdirmək, turistləri kəndin tarixi və onun ətrafında yerləşən tarixi abidələrlə tanış etməkdir.

Tədbirdə turizm sektorunun və media nümayəndələri, blogerlər, yerli bələdçilər iştirak ediblər. Layihəyə maliyyə dəstəyi Dövlət Turizm Agentliyi tərəfindən təmin edilib.

Qeyd edək ki, Sulut dağ kəndi İsmayıllı rayonundan 45 km aralıda, Böyük Qafqaz dağlarının ətəyində yerləşir. İsmayıllı rayonunun ən qədim kəndlərindən biridir.

Tədbir iştirakçıları əvvəlcə kəndin tarixi və tarixi məkanları ilə tanış olub.

Layihə rəhbəri Fuad Rəsulovun sözlərinə görə, Sulut kəndi turizmin inkişafı üçün böyük potensiala malikdir: "2021-ci ildə yeni asfalt yolun tikintisi başa çatdırılıb. Beləliklə, turistlərin kəndə səfər etmək imkanı yaranıb. Kənd qədim tarixi, mənzərəsi, 300-400 yaşa sahib ağacları, tarixi obyektləri ilə diqqət çəkir. Daha çox turist cəlb etməyə çalışırıq. Bu il Rusiyadan, İsraildən, Avstraliyadan, Cənubi Afrikadan qonaqlarımız olub”.

Xatirə Kazımova

Son xəbərlər

Orphus sistemi