İsveçrənin məşhur şirkəti Azərbaycana turpaketlərin satışına başlayıb

İsveçrənin məşhur şirkəti Azərbaycana turpaketlərin satışına başlayıb Pilot layihə isveçrəliləri yeni və onlar üçün az tanınmış olan turizm bölgələrinə cəlb etmək üçün nəzərdə tutulub
Turizm
11 Avqust , 2016 12:43
İsveçrənin məşhur şirkəti Azərbaycana turpaketlərin satışına başlayıb

Bern. 11 avqust. REPORT.AZ/ Məşhur "Aldi" şirkətinin İsveçrə filialı Azərbaycana qısamüddətli turların satışına başlayıb.

"Report"un İsveçrə bürosu xəbər verir ki, şirkət 2016-cı ilin sentyabr və oktyabr ayları üçün İsveçrədən Azərbaycana beşgünlük səfər təklif edir.

Turpaketin qiyməti təxminən 800 dollardır. Səfər proqramına təyyarə bileti və yüksək səviyyəli hoteldə yerləşdirilmə, eləcə də Bakı və paytaxt ətrafının görməli yerlərinə, o cümlədən Qobustan, Atəşgah və Yanardağa ekskursiya, Bakı buxtasında gəmi ilə səyahət, eləcə də Heydər Əliyev Mərkəzinə ziyarət daxildir.

"Aldi" Azərbaycana əlverişli qiymətlərlə, "hər şey daxil" sistemi ilə ilk dəfə səfər təşkil edəcək və bununla da daha çox avropalı turistin cəlb olunması, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanlar açacaq.

Qeyd edək ki, "Aldi" şirkəti bir sıra ölkələrdə alman supermarketlər şəbəkəsi kimi məşhur olsa da, eyni zamanda turizm brokeri kimi də fəaliyyət göstərir. Adətən, şirkət Avropada və dünyada yaxşı tanınan kurort zonalarına turpaketlər satır. Bu pilot layihə də isveçrəliləri yeni və onlar üçün az tanınmış olan turizm bölgələrinə cəlb etmək üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi