Gürcüstanda istirahət edən Azərbaycan vətəndaşlarının sayı 14% artıb

Gürcüstanda istirahət edən Azərbaycan vətəndaşlarının sayı 14% artıb Müxtəlif ölkələrdən Gürcüstana üz tutan turistlərin sayında isə 29% artım olub
Turizm
4 Avqust , 2017 10:00
Gürcüstanda istirahət edən Azərbaycan vətəndaşlarının sayı 14% artıb

Bakı. 4 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayında böyük artım müşahidə edilib. 

"Report"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, ötən ay Gürcüstana turist kimi getmiş Azərbaycan vətəndaşlarının sayı ötən ilin iyul ayı ilə müqayisədə 13,8% çox olub. 

Gürcüstana Rusiyadan gələnlərin sayında artım 60,4%, Ermənistandan gələnlərin sayında 25,4%, Türkiyədən gələnlərin sayında 0,6%, İrandan gələnlərin sayında isə 85,8% təşkil edib.

Ümumilikdə, iyul ayında Gürcüstan 982 487 xarici turist qəbul edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,5% çoxdur. 

Ümumilikdə isə 7 ay ərzində Gürcüstan 1 il əvvələ nisbətən 16,8% çox - 3 978 657 xarici vətəndaş qəbul edib. Bunun isə 1 829 331-ni (illik müqayisədə 30,2% çox) turistlər təşkil edib.

Bu ilin ilk rübündə Gürcüstanın beynəlxalq turizmdən gəliri 434,6 mln. dollar təşkil edib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 82 mln. dollar çoxdur.

Son xəbərlər

Orphus sistemi