Azərbaycanda bir neçə müddətdir ki, hava şəraitinin dəyişkən keçməsi turizm imkanlarına çətinlik yaradır.
"Report "un məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yay mövsümü başlayandan hava şəraitinin qeyri-sabit keçməsi turizm obyektlərinin sahiblərinə ciddi ziyan vurur: "Nəzərə almaq lazımdır ki, çimərlik mövsümi iyunun 15-dən sentyabra kimi davam edir. Bu il də yağışlı, küləkli günlərin sayının çox olması səbəbindən vətəndaşlar istirahətlərini planlaya bilmirlər".
F. Nağıyev qeyd edib ki, sel, daşqınların turizmə vurduğu ziyan hələki hesablanmayıb.
Xatırladaq ki, yay mövsümü başlayandan ölkədə qeyri-sabit hava şəraiti qeydə alınıb. Bir çox bölgədən sel keçib.