Dövlət Turizm Agentliyi xaricdə iştirak edəcəyi tədbirlərdə təşkilati işlərin və reklam kampaniyasının həyata keçirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Bakı Media Mərkəzi” MMC-dir.
Qalib şirkətə 6,03 milyon manat ödəniləcək.