AzTA Şanxayda keçirilən “Travel Trade Show - İTB 2018” sərgisində iştirak edir

AzTA Şanxayda keçirilən “Travel Trade Show - İTB 2018” sərgisində iştirak edir Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyası (AZTA) Çinin Şanxay şəhərində keçirilən “Travel Trade Show - İTB 2018” sərgisində iştirak edir.
Turizm
17 May , 2018 17:01
AzTA Şanxayda keçirilən “Travel Trade Show - İTB 2018” sərgisində iştirak edir
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyası (AZTA) Çinin Şanxay şəhərində keçirilən “Travel Trade Show - İTB 2018” sərgisində iştirak edir.

Bu barədə "Report"a AZTA-dan bildirilib.

Məlumata görə, sərgidə Azərbaycanı 8 yerli turizm şirkəti də iştirak edir.

Şirkətlər müxtəlif reklam vasitələri ilə ölkəmizin turizm potensialını təbliğ edir və potensial tərəfdaşlarla biznes əlaqələrinin qurulması haqqında danışıqlar aparırlar. Sərgidə Azərbaycanın turizm imkanlarına həsr olunmuş stendi iştirakçılar böyük maraqla qarşılayır.

Sərgi çərçıvəsində Azərbaycan Turizm Assosiasiyası və Çinin Turizm Assosiasiyası əməkdaşlıq haqqında memorandum imzalayıblar. Memorandum birgə lahiyələrin həyata keçirilməsi, beynəlxalq sərgilərdə iştirak, eləcə də qarşılıqlı turist axınını təmin etmək sahələrində əməkdaşlığı nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi