Azərbaycanın turizm imkanları Türkiyədə təbliğ olunur

Azərbaycanın turizm imkanları Türkiyədə təbliğ olunur Azərbaycanın turizm imkanları aprelin 12-də Türkiyədə işinə başlayan “EMITT 2023” Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təbliğ olunur.
Turizm
12 Aprel , 2023 17:36
Azərbaycanın turizm imkanları Türkiyədə təbliğ olunur

Azərbaycanın turizm imkanları bu gün Türkiyədə işinə başlamış “EMITT 2023” Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təbliğ olunur.

Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, 4 gün davam edəcək sərgidə Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizi 2 yerli turizm şirkəti, hotel və mehmanxana qrupu və "Azərbaycan Hava Yolları" QSC təmsil edir.

Sərgi çərçivəsində turizm şirkətləri ilə B2B formatlı işgüzar görüşlər keçirilir, qarşılıqlı turist mübadiləsinə təkan verəcək ikitərəfli əməkdaşlıq imkanları dəyərləndirilir.

26-cı dəfə keçiriləcək və 30 ölkədən 600 iştirakçının turizm məhsullarını tanıdacağı sərgi dünya üzrə 5 ən böyük sərgidən biri hesab olunur. Ötən il sərgi 110 ölkədən 33 595 nəfər ziyarətçi qəbul edib.

Türkiyə 2022-ci ildə Azərbaycana səfər edənlərin sayına görə ilk 5 ölkə arasında 2-ci yeri tutub. 2022-ci ilin statistikasına əsasən Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 311 880 nəfər olub ki, bu da 2019-cu il rəqəmlərinin 99 % bərpası deməkdir.

Son xəbərlər

Orphus sistemi