Azərbaycanın lüks turizm potensialı Rusiyada təbliğ olunub

Azərbaycanın lüks turizm potensialı Rusiyada təbliğ olunub Azərbaycanın lüks turizm potensialı Moskvada təbliğ olunur
Turizm
28 Sentyabr , 2024 09:42
Azərbaycanın lüks turizm potensialı Rusiyada təbliğ olunub

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun iştirakı ilə 26-27 sentyabrda Rusiyanın paytaxtı Moskvada keçirilmiş “Luxury Travel Mart (LTM) Moscow Autumn” tədbirində Azərbaycanın lüks turizm potensialı tanıdılıb.

"Report" agentliyə istinadən xəbər verir ki, tədbirdə iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl lüks turizm destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tərəfdaşları müəyyənləşdirmək, həmçinin təbliğat fəaliyyətlərini genişləndirməkdir.

Rusiyanın lüks turizm üzrə ixtisaslaşmış aparıcı turoperator və agentlikləri ilə keçirilən B2B (biznesdən-biznesə) görüşlərdə Azərbaycanın turizm potensialı, o cümlədən xizək kurortları, Bakı şəhər turları, sağlamlıq və termal istirahət mərkəzləri, eləcə də işgüzar və lüks turizm məhsulları haqqında məlumat verilib.

Bu ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana ümumilikdə 501 417 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 %-dan çox artımdır.

Son xəbərlər

Orphus sistemi