Azərbaycanın aqroturizm obyektlərinin olduğu regional onlayn platforma yaradılıb

Azərbaycanın aqroturizm obyektlərinin olduğu regional onlayn platforma yaradılıb Cənubi Qafqaz ölkələrinin aqroturizm obyektlərinin bir məkanda yer aldığı www.agrogate.world onlayn platforma yaradılıb.
Turizm
30 İyun , 2022 11:51
Azərbaycanın aqroturizm obyektlərinin olduğu regional onlayn platforma yaradılıb

Cənubi Qafqaz ölkələrinin aqroturizm obyektlərinin bir məkanda yer aldığı www.agrogate.world onlayn platforma yaradılıb.

“Report”un yerli bürosu xəbər verir ki, yeni resursu Gürcüstanın Fermerlər Assosiasiyası hazırlayıb.

Platformada Azərbaycan, Gürcüstan və Ermənistanın aqroturizm obyektləri barədə məlumatlar yerləşdirilib.

Assosiasiyadan bildirilib ki, “Agrogate” regionda səyahətçilərə turizmə uyğunlaşdırılmış ənənəvi kənd təsərrüfatı mühitində istirahət təklif edən ilk onlayn aqroturizm platformasıdır.

Rəqəmsal platformada istifadəçilərə yerləşdirmə, turlar, ustad dərsləri və bir sıra digər xidmətlər təklif edilir. Saytda Azərbaycanın Şəki, Masallı, Şamaxı və digər bölgələrinin aqroturizm məkanları daxil edilib.

Son xəbərlər

Orphus sistemi