Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9% artaraq 4 201,5 min nəfər olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,1%, Gürcüstana gedənlərin sayı 12,7%, Rusiya Federasiyasına gedənlərin sayı 6,5%, Türkiyəyə gedənlərin sayı isə 4,7% artıb.
Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,1%-i dəmir yolu və avtomobil, 17,2%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.