Azərbaycandan hava nəqliyyatı ilə sərnişindaşıma 33 % artıb: Hindistan, Qətər və İtaliya ilk onluğa daxil olub

Azərbaycandan hava nəqliyyatı ilə sərnişindaşıma 33 % artıb: Hindistan, Qətər və İtaliya ilk onluğa daxil olub Bu ilin yanvar-iyul aylarında Azərbaycandan hava nəqliyyatı ilə 36 ölkəyə 1 milyon 833 min 520 nəfər sərnişin daşınıb.
Turizm
5 Avqust , 2024 18:45
Azərbaycandan hava nəqliyyatı ilə sərnişindaşıma 33 % artıb: Hindistan, Qətər və İtaliya ilk onluğa daxil olub

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan hava nəqliyyatı ilə 36 ölkəyə 1 milyon 833 min 520 nəfər sərnişin daşınıb.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 ölkə (12,5 %) 33 % çoxdur.

Hesabat dövründə ən çox sərnişin 500 min 478 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ nisbətən 71,9 % çoxdur.

Siyahıda Rusiyanı Türkiyə (484 min 050 nəfər sərnişin, +20,5 %) və Birləşmiş Ərəb Əmirlikləri (224 min 389 sərnişin, +37,6 %) izləyib.

Təkcə iyulda isə Azərbaycandan 342 min 707 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 17,7 % çoxdur. O cümlədən, ötən ay Rusiyaya səfər edənlərin sayı 20,5 % artaraq 88 min 464 nəfər olub.

Daha sonra, Gürcüstan 112 940 sərnişin (+ 42,8 %), Səudiyyə Ərəbistan 67 744 sərnişin (+21 %), Hindistan 59 030 (+ 8,5 dəfə), Qazaxıstan 49 843 sərnişin (+28,8 %), Qətər 35 046 sərnişin (+ 2,2 dəfə), İtaliya 31 956 sərnişin (+2 dəfə) və Küveyt 28 217 sərnişin (+ 33,4 %) gəlib.

İlk onluğa Hindistanla, Qətər və İtaliya daxil olaraq Özbəkistanı (28 018 sərnişin, -20,3 %), İsraili (25 902 sərnişin, + 10,1 %) və Almaniyanı (20 156 sərnişin, + 3,8 %) siyahıdan çıxarıb.

Son xəbərlər

Orphus sistemi