Azərbaycandakı turizm dəhlizlərinə infotur təşkil edilib

Azərbaycandakı turizm dəhlizlərinə infotur təşkil edilib Dövlət Turizm Agentliyi Azərbaycanda ekoturizmi inkişaf etdirmək, bu fəaliyyəti təşviq etmək məqsədilə turoperator və turagentliklərin nümayəndələri, videobloqerlər və müstəqil bələdçilərin iştirakçılığı ilə şimal, cənub, şimal-mərkəz və qərb turizm dəhli
Turizm
13 Dekabr , 2023 16:15
Azərbaycandakı turizm dəhlizlərinə infotur təşkil edilib

Dövlət Turizm Agentliyi Azərbaycanda ekoturizmi inkişaf etdirmək, bu fəaliyyəti təşviq etmək məqsədilə turoperator və turagentliklərin nümayəndələri, videobloqerlər və müstəqil bələdçilərin iştirakçılığı ilə şimal, cənub, şimal-mərkəz və qərb turizm dəhlizləri boyunca infotur təşkil edib.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, infotur 4 turizm marşrutu boyunca müxtəlif ekoturizm fəaliyyətlərini, Şahdağ, Qızılağac, Hirkan və Göygöl Milli Parklarını və digər təbiət ərazilərini əhatə edib.

Səfər çərçivəsində Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Lənkəran, Lerik, Astara və Göygöl rayonları ziyarət olunub. İştirakçılara ekoturizm fəaliyyətlərinin və icma iştirakçılığının turizm sənayesində təşviqi üçün təklif edilən xidmət növləri, həmçinin bu fəaliyyəti dəstəkləyən tarixi və mədəni turizm məhsulları nümayiş etdirilib.

Təbiət əraziləri, milli parklar və eləcə də digər turizm baxımından mühüm hesab edilən ərazilərdə ekoturizmin inkişaf etdirilməsi və bu ərazilərin ekoturizm destinasiyası kimi tanıdılması Azərbaycanda turizmin inkişafı strategiyası üzrə prioritet istiqamətlərdəndir.

Ekoturizm fəaliyyətlərinin tanıtımı vasitəsilə bioloji müxtəlifliyin dayanıqlılığını və davamlı istifadəsini təmin etmək, “yaşıl artım” ölkəsi konsepsiyasının turizm sənayesi vasitəsilə dəstəklənməsinə nail olmaqla regionlarda məşğulluq səviyyəsini artırmaq hədəflənir.

Son xəbərlər

Orphus sistemi