Azərbaycanda turizm sahəsində sağlam rəqabət mühitinin formalaşdırılması müzakirə edilib

Azərbaycanda turizm sahəsində sağlam rəqabət mühitinin formalaşdırılması müzakirə edilib İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin sədri Göydəniz Qəhrəmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə gö
Turizm
10 İyul , 2024 12:55
Azərbaycanda turizm sahəsində sağlam rəqabət mühitinin formalaşdırılması müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin sədri Göydəniz Qəhrəmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Görüş çərçivəsində turizm sahəsində sağlam rəqabət mühitinin formalaşdırılması, istehlakçı məmnuniyyətinin təmin edilməsi və keyfiyyətli xidmətin həyata keçirilməsi üzrə mövcud problemlər barədə müzakirələr apardıq, bu istiqamətdə gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik", - deyə o qeyd edib.

***

Dövlət Xidmətinin bununla bağlı yaydığı məlumatdai isə deyilir ki, görüşdə azad rəqabətin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi, keyfiyyət infrastrukturu sahələri üzrə iqtisadiyyatın rəqabətliliyinin artırılması məqsədilə qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verilib, bu istiqamətlər üzrə həyata keçirilən xidmətlərin rəqəmsallaşdırılmasının xüsusi əhəmiyyəti vurğulanıb. Həmçinin qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanan və yenicə qüvvəyə minən Rəqabət Məcəlləsində rəqabət mühitinin inkişafının davamlılığının artırılmasında mühüm təsirə malik müasir yanaşmalardan bəhs edilib.

Görüş zamanı milli iqtisadiyyatın rəqabətqabiliyyətinin artırılmasında mühüm rola malik olan turizm sahəsində səmərəli rəqabət mühitinin təmin olunması, həmçinin müştəri məmnuniyyətinin təmin edilməsində açar rolu oynayan keyfiyyətli xidmətin göstərilməsi üzrə hazırda mövcud olan problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda praktiki əməkdaşlıq perspektivləri ilə bağlı məsələlər müzakirə olunub, qurumlararası tərəfdaşlığın doğura biləcəyi nəticələr ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi