Azərbaycanda turizm sahəsində problemlərin həlli üçün işçi qrupu yaradılıb

Azərbaycanda turizm sahəsində problemlərin həlli üçün işçi qrupu yaradılıb "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) və "Azərbaycan Hotel Assosiasiyası" (AHA) İctimai Birlikləri arasında qarşılıqlı əməkdaşlığın qurulması və problemlərin birgə həlli məqsədilə işçi qrupu yaradılıb.
Turizm
1 Sentyabr , 2022 16:43
Azərbaycanda turizm sahəsində problemlərin həlli üçün işçi qrupu yaradılıb

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) və "Azərbaycan Hotel Assosiasiyası" (AHA) İctimai Birlikləri arasında qarşılıqlı əməkdaşlığın qurulması və problemlərin birgə həlli məqsədilə işçi qrupu yaradılıb.

"Report" xəbər verir ki, bu barədə ATAA məlumat yayıb.

Məlumata görə, bu barədə qərar AHA nümayəndələri ilə bu gün baş tutmuş görüşdə qəbul edilib. Tərəflər turizm agentlikləri ilə hotellər arasında qarşılıqlı əlaqələrin qurulması və inkişafı, qiymət siyasətinin tənzimlənməsi, eləcə də postpandemiya dövründə agentliklər və hotellər arasında uzunmüddətli fəaliyyətin qurulması kimi məsələlər ətrafında müzakirələr aparıb.

ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov turizm agentlikləri və hotellər arasında bir sıra məsələlərdə müəyyən çətinliklərin olmasını vurğulayaraq qiymət siyasətinin formalaşdırılmasında hotellərin yerli şirkətlərə münasibətdə fərqli yanaşdığını və bu səbəbdən agentliklərin öncədən satış edə bilmədiklərini diqqətə çatdırıb. O, hotellərdə bu cür halların hələ də qalmasını əsas gətirərək Azərbaycana erkən rezervasiyalı turların təşkilində müəyyən çətinliklərin olduğunu bildirib .

AHA-nın icraçı direktoru Günay Sağlam isə gələcəkdə hotellər və şirkətlər arasında yaranan narazılıqları aradan qaldırmaq üçün birgə fəaliyyət göstərməyə hazır olduqlarını bildirib. O, həmçinin problemli müştərilərə qarşı “qara siyahı” sisteminin tətbiqinin vacibliyinə də diqqət çəkib.

Son xəbərlər

Orphus sistemi