Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) "Milli dadlar" layihəsinin icrasına başlayıb.
“Report” xəbər verir ki, bunu Büronun Qastronomiya turizminin idarə edilməsi sektorunun müdiri Səkinə Əsgərova bildirib.
Onun sözlərinə görə, layihə müxtəlif regionlara xas mətbəx reseptlərini bir yerə toplamaqla bərabər, yemək hazırlığı prosesində əvəzsiz rola malik biomüxtəliflik nümunələrini özündə ehtiva edən qastronomiya konsepsiyasıdır.
"İndiyə qədər 1 200-ə qədər milli dad bir araya yığılıb. Layihənin məqsədi bu məlumat bazasında Azərbaycanın milli dadlarının hazırlanma ənənələri, tarixi kökləri, tərkibi və görüntülərini əks etdirməkdir. Layihə tezliklə ictimaiyyətə təqdim ediləcək", - deyə o qeyd edib.
Bundan başqa, ATB rəsmisin sözlərinə görə, yaxın vaxtlarda Bayıl Kulinariya Təcrübə Mərkəzi açılacaq: "Bu mərkəz Azərbaycanda kulinariyanın inkişafına mühüm töhfə verəcək".
S.Əsgərova həmçinin Azərbaycanda yeni turizm marşrutu üzərində iş getdiyini deyib: "Dünyada "Zeytun yolu" adlı turizm marşrutu var. Biz də isfəyirik ki, ölkəmizdə də eyni marşrut olsun və bunun üçün işlərimizi davam etdiririk”.