Bakı. 12 yanvar. REPORT.AZ/ Mart ayında Azərbaycanda İsveçrə turizminin sərgisi keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder mətbuat konfransında bildirib.
O qeyd edib ki, İsveçrə səfirliyi Azərbaycanda mədəniyyət sahəsində bir sıra tədbirlər keçirilməsinə hazırlaşır.
Belə ki, Gəncə şəhərində İsveçrə filmlərinin nümayişi planlaşdırılır, həmçinin Azərbaycanda Frankoniya Günləri çərçivəsində fotosərgi təşkil etmək nəzərdə tutulub.
Yanvarın 27-də isə Beynalxalq Muğam Mərkəzinin səhnəsində məşhur isveçrəli pianoçu, buqi-vuqi və blüz janrında ifa edən Silvan Zanqın konserti keçiriləcək.
S.Zanq Çak Berri, Rey Çarlz, Keti Vebster, Semmi Prays, Memfis Slim, Tito Cekson və bir çox digər məşhurlarla eyni səhnədə çıxış edib. Tənqidçilər onun texnikasından və şən entuziazmından təsirlənərək onu qeyri-adi pianoçu kimi təsvir edirlər. Onun ən böyük hiti olan “Dancing The Bugi" hiti "Youtube" portalında 8,1 milyondan çox izlənib.
O, məhz bu janra sevgisi səbəbilə 2002-ci ildən İsveçrədə uğurla keçirilən Luqano Beynalxalq Buqi-Vuqi Festivalının təsisçisi olub.