Azərbaycana xaricdən uçuşların sayı 21 % artıb

Azərbaycana xaricdən uçuşların sayı 21 % artıb Azərbaycana xaricdən uçuşların sayı 21 % artıb
Turizm
19 Oktyabr , 2024 16:05
Azərbaycana xaricdən uçuşların sayı 21 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 40 ölkədən 20 345 aviareys təşkil olunub.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (17,6 %) 3 532 aviareys (21 %) çoxdur.

Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 5 958 reys. Bu da 1 il əvvələ nisbətən 14,9 % çoxdur.

9 ayda Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 4 482 uçuş olub ki, bu da illik müqayisədə 3,9 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 2 362 reyslə (+35,4 %) daxil olub.

TOP-10-luğa həmçinin Gürcüstan 1 528 (+ 30,4 %), Qazaxıstan 659 ( + 8,3 %), Səudiyyə Ərəbistanı 655 (- 9,6 %) , Hindistan 493 ( +4,6 dəfə), Qətər 444 (61,4 % çox), İsrail 331 (+ 21,2 %), və Küveyt 330 (+ 20,8 % ) daxildir.

İndiyə qədər ilk 10-luqda olan Özbəkistan ( 325 aviareys, - 30 %) 11-ci yerə düşüb, onun yerinə siyahıya Hindistan daxil olub.

Təkcə sentyabrda isə Azərbaycana həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 14,9 % artaraq 2 399 vahid təşkil edib. O cümlədən, ötən ay Rusiyadan 732 uçuş olub ki, bu da illik müqayisədə 14,3 % çoxdur.

Son xəbərlər

Orphus sistemi